Ay ana, dostum evlənir

Ay ana, ay ana, ay ana, dostum evlənir.
Bir gözəl, bir gözəl, bir gözəl çiçək dərir.
Anacan, anacan, anacan, mənim də gözüm
Qonşuda, qonşuda, qonşuda bir çiçək görür.

Ana, özün fikirləş, mən nə deyim ki sənə
Deməyə utanıram, ürəyimi görsənə?!
Deməyə utanıram, ürəyimi görsənə?!
Ay ana, ay ana, ay ana, dostum evlənir.
Davamı →

Axşam mahnısı

  • Musiqi
Qaş qaralır, kölgə tutur
Yavaş-yavaş meşəni.
Könlüm səsdə, gözüm yolda
Gözləyirəm mən səni.

Səbrim getdi, harda qaldın?
Qaş qaraldı, gəlmədin.
Bəlkə mənim könlümdəki
Döyüntünü bilmədin.
Davamı →

Mən gəzirəm hər yanı

Axşam çağı sahil bağı
Bürünəndə işıqlara gördüm onu.
Ala gözlər baxdı keçdi,
Ürəyimi aldı keçdi.

Sahil boyu gəzirəm o gözəli, gözəli,
Sahil boyu gəzirəm o gözəli, gözəli,
Hardasan, yar, tutmuram qərar?
Davamı →

Anam Azərbaycanım

Mən sənə həmişə ana demişəm,
Ülfətin şirindir, nəfəsin ilıq.
İnan ki, bürüyər ürəyimi qəm,
Əgər aramıza düşsə ayrılıq.

Anam mehribanım, Azərbaycanım,
Düşmərəm bir an da səndən ayrı mən.
Sonsuz məhəbbətim, sözüm, dastanım
Yaranıb əbədi məhəbbətindən.
Davamı →

Arzular

  • Musiqi
Hər yanda al-əlvan çiçək açılır,
Baxdıqca üz gülür, ürək açılır.
Bəs neyçin yerində tutmayır qərar?
Arzular, arzular, şirin-şirin arzular.
Arzular, arzular, şirin-şirin arzular.

Həyatım, gəncliyim bəxtəvər, azad.
Məhəbbət insana verir qol-qanad.
Çataram mən sizə bir gün vaxt olar.
Arzular, arzular, şirin-şirin arzular.
Arzular, arzular, şirin-şirin arzular.
Davamı →

Rəşid Behbudov haqqında

Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Lenin, Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuş, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülmüş, Dağıstan xalq artisti, Gürcüstan əməkdar incəsənət xadimi Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalıoğlunun ailəsində dünyaya gəlib.

Musiqiyə ilk addımları...
Onun atası, Məcid Behbud alı oğlu Behbudov məşhur xanəndə, Azərbaycan muğamatlarının parlaq ifaçısı olmuşdur. O, Azərbaycanın xalq musiqi incəsənətinin beşiyi olan Şuşadandır. Anası, Firuzə Abbasqulu qızı Vəkilova əslən qazaxlı olmuşdur. Ömrünün sonlarına kimi Tbilisidə olan Azərbaycan məktəblərində rus dilini keçmişdir. 

Davamı →

Seyid Mirbabayev | Xanəndənin taleyi

Mədəniyyət tariximizdə elə sənətkarlar olub ki, xalq onlara sevgisindən, bəzən də digər səbəbdən haqlarında rəvayətlər yaradıb. Həyatı əfsanələr haləsinə bürünmüş belə sənətkarlardan biri də xanəndə Seyid Mirbabayev olub.

Seyid Mirbabayev (əsl adı Mir Tağı olub) 1867-ci ildə Bakıda anadan olub. Dindar ailədə böyüyür. Mədrəsə təhsili alır. Erkən yaşlarından dini məclislərdə yaxından iştirak edir. Xeyli vaxt atası və böyük qardaşı kimi mərsiyəxanlıqla məşğul olur. Sonralar musiqiyə maraq göstərir, xalq məclislərində xanəndə kimi çıxış edir. Çox keçmir, məlahətli və şaqraq səsi ona şöhrət qazandırır. Ötən əsrin əvvəllərində Bakının musiqi həyatında çox tanınır. Teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi çıxış edir.

1906-cı ildə o, Riqanın “Qrammofon” şirkətindən dəvət alır. Həmin il Riqaya gedərək səsini qrammofon vala yazdırır. Həmin vallar Avropanın bir çox şəhərlərinə yayılır. Bundan sonra xanəndənin şöhrəti dillər əzbəri olur. Bakının zəngin ailələri bir-birinin bəhsinə onu övladlarının toyuna dəvət edirlər.
Davamı →

Müslüm Maqomayev haqqında nələri bilirik?

Müslüm Maqomayevin ölümsüzlüyünə aparan yol
Əgər uşaq teatr rəssamı və dramatik aktrisanın ailəsində doğulursa və hələ üstəlik onun babası tanınmış bəstəkardırsa, hər şey onun incəsənətlə bağlı olacağını güman etməyə əsas verir. İndiki vəziyyətdə də məhz belə olub. Lakin heç kəs bu oğlanın hansı yüksəkliklərə ucalacağını və pərəstişkarlarının necə sonsuz sevgisini qazanacağını təsəvvür edə bilməzdi.

Çətin günlərdə doğulmuş
Oğlanın adını Müslüm qoyublar. O, qorxulu və dəhşətli 1942-ci ildə dünyaya gəlib. Düzdür Bakıda, müharibə alovundan uzaqda olub. Öz atasını Müslüm ümumiyyətlə xatırlamırdı: oğlu anadan olduqdan qısa müddət sonra Məhəmməd Maqomayev orduya çağırılır, tale isə onunla pis zarafat edir – o, Berlinin alınması uğrunda gedən döyüşlərdə qələbəyə bir neçə gün qalmış vəfat edir.
Davamı →

Asəf Zeynallı

23 illik qısa həyatında milli musiqi sənətimizdə əvəzsiz xidmətləri olmuş A.Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə anadan olub. O, 1926-cı ildə Bakı Musiqi Texnikumunu, 1931-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəyovun sinfini bitirib.

Tofiq Quliyev, Qara Qarayev və Cövdət Hacıyev kimi sənətkarların ustadı olmuş A.Zeynallı milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləri hesab olunur.

Bəstəkar həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının «Sevil», «Qayıdış», X. Nəzirli və S. Rüstəmin «Alov», A. Həmidin «Hind qızı», V. Kirşonun «Küləklər şəhəri» əsərlərinə musiqi bəstələyib.
Davamı →

Musiqiləri könüllər məlhəmidir

  • Musiqi
Böyük müəllimə istedadlı tələbənin minnətdarlıq ifadəsi
Nizami dühasının qüdrəti, Məhsəti şerinin sehri, Cavad xanın qeyrəti sayılan Gəncə torpağında, 1922-ci ildə Fikrət Əmirov kimi daha bir layiqli övlad dünyaya göz açır. Görkəmli tarzən, mahir xanəndə, eləcə də istedadlı bəstəkar Məşədi Cəmil Əmirovun ailəsində dünyaya dələn F.Əmirovun uşaqlıqdan muğamlar, xalq musiqisi canına, qanına hopmuş, qəlbinə hakim kəsilmişdir. Əlindəki tar isə onun əbədi, sadiq dostuna, qəlb sirdaşına çevrilmişdir. İllər keçəcək uşaqlıqda eşitdiyi gözəl havalar bəstəkarın "Şur«u və „Kürd ovşarı“nda duyulacaq, „Azərbaycan kapriççiosu“ kimi gözəl musiqi əsəri yaradacaq.

Tale Fikrət Əmirova Məşədi Cəmil kimi ata bəxş etmişdi. Məşədi Cəmil bütün varlığı ilə oğlunun onun yolunu davam etdirməsini arzulayırdı. Lakin həyatın sərt qanunlarına görə Fikrət atasını erkən itirir. Anası Dürdanə xanım Fikrəti 16 yaşındaykən Bakıya — Məşədi Cəmilin yaxın dostu Bülbülün yanına gətirir, o isə öz növbəsində Fikrəti Üzeyir bəylə tanış edir.
Davamı →